“İran anadır, azərbaycanlılar da anasını söyməməlidir” - Xameneyinin nümayəndəsi

saytların hazırlanması

Evə çatdırılma

“İran anadır, azərbaycanlılar da anasını söyməməlidir” - Xameneyinin nümayəndəsi

Siyasət

19 May 2023 22:31 5936


Xameneyinin Ərdəbil əyalətindəki nümayəndəsi və Ərdəbil şəhərinin cümə imamı Seyid Həsən Amili Azərbaycanla bağlı növbəti dəfə sərsəm açıqlamalar verib. 

Yenisabah.az xəbər verir ki, Seyid Həsən Amili İranı tənqid etdiyinə görə, Azərbaycan mediasını qınayıb.

Xameneyinin nümayəndəsi İranı dünya azərbaycanlılarının “baba toprağı” adlandırıb: Sezar pizza

“Neçə vaxtdır ki, Azərbaycan telekanalları və mediası iranlıları təhqir edir. Buradan Azərbaycan dövlətinə çağırış edirəm ki, bunun qarşısını alsın. Çünki İran bütün dünya azərbaycanlılarının “baba toprağı”, anası, vətənidir. Heç kəs anasını unutmaz, anasını söyməz, ona kin saxlamaz, ana sevgisini ürəyindən silə bilməz. Azərbaycanlılar da İranı söyməməlidir, ona kin saxlamamalıdır”./Demokrat.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!