İran Ermənistana gedən yük maşınını vurdu

saytların hazırlanması

Evə çatdırılma

İran Ermənistana gedən yük maşınını vurdu

Dünya

01 Aprel 2026 00:35 525


BƏƏ-dən Ermənistana hidravlik platforma daşıyan ağır tonnajlı konteyner maşını İranda atəşə tutulub.

"Yeni Sabah" xəbər verir ki, bununla bağlı “Sputnik Armenia” agentliyi məlumat yayıb.

Bildirilir ki, hadisə bir neçə gün əvvəl Ermənistan-İran sərhədində yerləşən “Norduz” sərhəd-keçid məntəqəsindən təxminən 500 kilometr aralıda baş verib. pizza mizza

Məlumata görə, mərmi düşən zaman sürücü (İran vətəndaşı) hadisə yerində olmayıb. Yük maşınının dayanacaqda saxlanılması itkilərin qarşısını alıb.

Qeyd olunub ki, zədələnmiş və yanmış konteyner bir gün əvvəl İrəvana aparılıb və hazırda dəymiş ziyanın dəyərləndirilməsi işləri gedir./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!