İran 2004-cü ildə Ermənistanla imzalanan müqaviləyə xitam verib.
Yenisabah.az xəbər verir ki, bu barədə erməni vəkil Robert Markaryan mayın 12-də öz "Facebook" səhifəsində yazıb.
Onun sözlərinə görə, 21 may 2022-ci il tarixindən etibarən İslam Respublikasına daxil olan Ermənistan nömrələri olan hər avtomobildən 120 dollar rüsum tələb ediləcək. pizza sifarişi
“İranın Yollar və Şəhərsalma Nazirliyi öz qərarını belə əsaslandırıb ki, Ermənistan tərəfi əldə olunan razılaşmalara zidd olaraq 2018-ci ildən İran dövlət nömrə nişanlı avtomobillərdən gömrük rüsumları yığmağa başlanılıb. Bundan əlavə, ötən ilin əvvəlindən Ermənistan birtərəfli qaydada Meğri terminalında yüklərin boşaldılması və yüklənməsi imkanlarını ləğv edib.
İran tərəfinin vurğuladığı tarixlər diqqəti çəkir: 2018-ci il (Ermənistanda hakimiyyətin "məxməri inqilab"la dəyişməsi) və ötən ilin əvvəli (Nikolun İran-Ermənistan dövlətlərarası avtomobil yolunu Azərbaycana təhvil verməsi)”, - deyə vəkil qeyd edib.
Telegram kanalımız