İranın İnformasiya (Kəşfiyyat - "Ettelaat") Nazirliyi dünyanın 28 ölkəsində "Mossad" casuslarının müəyyən edilməsi barədə açıqlama yayıb.
Yenisabah.az Təsnim-ə istinadla xəbər verir ki, nazirlik öz bəyanatında "unikal və görünməmiş məlumat toplusu əldə edildiyini" və "onların təhqiqat və istismarına" başlanıldığını bildirib.
"Ettelaat" HƏMAS-ın "Əl-Əqsa Tufanı" əməliyyatına istinad etməklə həmin məlumatlar sayəsində Tehranda və İranın bir neçə əyalətində də bir sıra casus şəbəkələrinin müəyyən edildiyini vurğulayıb. Sezar pizza
Kəşfiyyat Nazirliyi casus şəbəkələrinin müəyyən edilməsində digər xüssusi xidmət orqanları ilə məlumat mübadiləsi aparıldığını da açıqlayıb.
"Müzakirə olunan 28 ölkə ilə bağlı casusların qeydləri nəzərdən keçirilərkən, bəzi aşağı səviyyəli şəxslərin könüllü olaraq Mossad ilə əməkdaşlıq etdikləri və ölkələrinə qarşı xəyanət etdikləri müşahidə olunur", - deyə bəyanatda qeyd olunub.
Telegram kanalımız