İran Məclisinin sədr müavini həddini aşdı

İran Məclisinin sədr müavini həddini aşdı

Dünya Veb saytların hazırlanması

23 Mart 2023 19:40 12753


"Qonşularımız öz əcdadlarının mehriban qonşuluğunu sionistlərin (İsrailin - red.) vəsvəsəsinə qurban verməməlidirlər".

Yenisabah.az xəbər verir ki, bunu İran parlamentinin sədr müavini Əli Nikzad öz "Twitter" səhifəsində yazıb.

O əlavə edib: “Müqəddəs İslam sistemi öz sərhədləri və qonşu ölkələrdəki proseslərə həssasdır və ambisiyalara sərt cavab verir". 

Ə. Nikzad bu tvitində "Bakı" və "İran" adlı iki həştəqdən istifadə edib.

Bundan belə nəticə çıxır ki, o, sözlərini Azərbaycan Respublikasına ünvanlayıb.

İran rəsmiləri və parlamentariləri tez-tez Azərbaycan Respublikası əvəzinə "Bakı" sözündən istifadə edirlər. Bununla onlar ölkəmizin mövcudluğunu və müstəqilliyini şübhəyə alırlar. Əlbəttə, bu cür kiçiltmə Azərbaycana qarşı təhqiramiz yanaşmadır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!