İran nüvə danışıqlarına qayıtmanın şərtlərini açıqladı

saytların hazırlanması

Evə çatdırılma

İran nüvə danışıqlarına qayıtmanın şərtlərini açıqladı

Dünya

08 Noyabr 2021 12:43 704


İran nüvə danışıqlarına qayıtmanın 3 əsas şərtini açıqlayıb.

Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, həmin şərtləri Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bildirib.

"İran hakimiyyəti hesab edir ki, Birləşmiş Ştatlar Tehrana qarşı iqtisadi sanksiyalar ləğv edərsə, sazişin dağılmasında öz günahını etiraf edərsə, həmçinin Tehranı ABŞ-ın JCPOA-dan çıxmasının heç bir nəticə verməyəcəyinə inandırarsa, nüvə sazişinə qayıda bilər". Sezar pizza

XİN-in sözçüsü Səid Xətibzadə ənənəvi brifinqdə deyib: 

"Birləşmiş Ştatlar bilməlidir ki, o, JCPOA-nın üzvü deyil və bu saziş çərçivəsində sazişin digər üzvlərindən heç nə istəyə bilməz. Birləşmiş Ştatların JCPOA-ya qayıtması üçün yol aydındır. İndiki vəziyyətdə o, sanksiyaları ləğv etməlidirlər... Biz əmin olmalıyıq ki, heç bir başqa administrasiya gələcəkdə Trampın İranla nüvə sazişindən çıxmasını təkrar etməyəcək”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!