“İran özünü müdafiə etməyə hazırdır” - Pezeşkian

saytların hazırlanması

Evə çatdırılma

“İran özünü müdafiə etməyə hazırdır” - Pezeşkian

Siyasət

30 Yanvar 2026 00:22 634


İran prezidentinin mətbuat xidməti Məsud Pezeşkianın Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif və Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə telefon danışıqlarının təfərrüatını açıqlayıb.

"Yeni Sabah" bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.

Son regional hadisələrin müzakirəsi zamanı Məsud Pezeşkian İslam ölkələri arasında birliyin möhkəmləndirilməsini və gərginliyin azaldılması üçün diplomatik səylərin davam etdirilməsinin vacibliyini vurğulayıb. Pepperoni pizza

"Əgər ABŞ həqiqətən diplomatiya axtarırsa, təxribatçı addımlarını dayandırmalıdır. İranın seçimi ləyaqətli dialoq və diplomatiya yoludur, bununla belə ölkə özünü müdafiə etməkdən çəkinməyəcək", - deyə o əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!