İran parlamentinin saytına haker hücumu oldu

saytların hazırlanması

Evə çatdırılma

İran parlamentinin saytına haker hücumu oldu

Dünya

13 Fevral 2024 20:51 585


İranın hökumət mediası xəbər verir ki, bu gün “Xane-ye Mellət” və ya İCANA kimi tanınan parlamentin xəbər agentliyinin saytına haker hücumu edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.

Məlumata görə, agentliyin internet saytı işləmir. Bununla yanaşı, Xalq Mücahidləri Təşkilatına yaxın haker qrupu İran parlamentinin serverlərinə də sızdığını bildirib. Sözügedən saytda Xalq Mücahidləri Təşkilatının rəhbərlərinin şəkilləri yüklənib. pizza hut

Qeyd olunur ki, “Xane-ye Mellət" xəbər saytının sosial şəbəkələri isə bununla bağlı heç bir açıqlama verməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!