“İran polisi heç çalışmadı ki, onu saxlasın...” – Elmar Məmmədyarov 

saytların hazırlanması

Evə çatdırılma

“İran polisi heç çalışmadı ki, onu saxlasın...” – Elmar Məmmədyarov 

Siyasət

27 Yanvar 2023 15:35 1553


“İlk növbədə, səfirlikdə həlak olan həmyerlimizə Allah rəhmət etsin! İkincisi, əlbəttə ki, istintaq aparılmalıdır. Çünki sual yaranır ki, əgər hər bir diplomatik nümayəndəliyi qəbul edən ölkə təhlükəsizlik baxımından onu təmin etməlidirsə, bu hadisə necə olur?”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov Tehrandakı səfirliyimizdə baş verən terror aktını şərh edərkən bildirib.

İki ölkə arasındakı siyasi münasibətlərin sonrakı perspektiviylə yanaşı, terror aktının motivlərinə toxunan eks-nazir bildirib ki, burada bir sıra məsələlər sual doğurur: pizza

“Mən sosial şəbəkələrdə paylaşılan şəkil və videogörüntləri görmüşəm. Terrorçu avtomatla maşından düşəndə köşkdə dayanan İran polisi heç çalışmadı ki, onu saxlasın. Ona görə də burada söhbət ondan gedir ki, təhlükəsizlik baxımından İran hökuməti ciddi şəkildə araşdırma aparmalıdır”.

“Ən mühüm sual isə budur ki, bunun arxasında dayanan qüvvələr hansıdır? Yaxud hər hansı bir qüvvə dayanırmı? Ona görə, yenə də təkrar edirəm ki, burada ciddi istintaq aparılmalıdır. Artıq Azərbaycan hökuməti İran hakimiyyətindən bunu tələb edib. Eləcə də bütün məlumatlar Azərbaycan tərəfinə verilməlidir”, – E. Məmmədyarov bəyan edib.

“Mən bilən Azərbaycan Baş Prokurorluğu gərək, cinayət işi qaldırsın. Çünki bu terror aktı Azərbaycan səfirliyində törədilib. Vyana Konvensiyasına əsasən də Azərbaycan səfirliyi Azərbaycan ərazisi kimi qəbul olunur. Ona görə də Baş Prokurorluq bu barədə cinayət işi qaldırmalı və İran hökumətindən və İranın xüsusi xidmət orqanlarından məlumatları alıb müvafiq istintaqda iştirak etməlidir”, – yekunlaşdırıb.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!