İran polisi hicab taxmayan qızı döyüb?

saytların hazırlanması

Evə çatdırılma

İran polisi hicab taxmayan qızı döyüb?

Maraqlı

05 Oktyabr 2023 10:36 314


Tehranda yeniyetmə qızın hicabsız olduğu üçün metroda əxlaq polisi tərəfindən döyülməsi ilə bağlı iddialar gündəmi zəbt edib. 

Yenisabah.az xəbər verir ki, İranın paytaxtı Tehranda 16 yaşlı Armita Qaravəndinin hicabsız olduğu üçün metroda əxlaq polisi tərəfindən döyülməsi xəbəri təkzib edilib. 

Tehran metropoliteninin baş direktoru Məsut Dorosti məktəbə getmək üçün metrodan istifadə edən qızla heç bir şifahi və ya fiziki əlaqənin olmadığını bildirib.  Toyuqlu pizza

Dorosti qeyd edib ki, A.Qaravəndi təzyiqi düşdüyü üçün metroda huşunu itirib və xəstəxanaya aparılıb: 

“Sərnişin protokollarına riayət edərək yeniyetmə huşunu itirdiyi andan ona təcili müdaxilə edilib və ilkin tibbi yardım göstərilib”.

Qızın ailəsi də açıqlama verərək onun döyülmədiyini təsdiq edib:

“Təhlükəsizlik kameraları tərəfindən qeydə alınan bütün videoları yoxladıq və hadisənin qəza olduğu sübuta yetirildi. İctimaiyyətdən övladımızın tezliklə sağalması üçün dua etmələrini xahiş edirik”. 

Hadisə şahidləri qızın başının metroda dəmirə dəydiyini, daha sonra isə huşunu itirdiyini bildiriblər.

Nəzrin Musayeva 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!