İran prezidentinin müşaviri Azərbaycan və Ermənistan səfirləri ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

İran prezidentinin müşaviri Azərbaycan və Ermənistan səfirləri ilə görüşdü

Siyasət

18 Noyabr 2020 18:48 1144


İran prezidenti Həsən Ruhaninin müşaviri və İran Strateji Araşdırmalar Mərkəzinin direktoru Hüsaməddin Aşna Azərbaycan səfiri Bünyad Hüseynov və Ermənistan səfiri Artaşes Tumanyan ilə ayrı-ayrılıqda görüşlər keçirib.

Yenisabah.az xəbər verir ki, görüşlər zamanı sülh perspektivləri, ikitərəfli və regional əməkdaşlığın möhkəmləndirilməsi ilə bağlı məsələlər müzakirə edilib.

Dağlıq Qarabağ böhranının həllində İranın bitərəfliyini qoruduğunu və transregional güclərin münaqişəyə müdaxilə etməməsinin vacibliyini diqqətə çatdıran İran prezidentinin müşaviri Ermənistan və Azərbaycan tərəflərini atəşkəsə əməl etməyə və münaqişəyə son qoyulması üçün davamlı həll yolunun tapılması istiqamətində səy göstərməyə çağırıb. Dördpendirli pizza

H. Aşna atəşkəsin davamlı qalması və son müharibənin vurduğu ziyanın kompensasiya edilməsinin zəruriliyinə toxunaraq, İran İslam Respublikasının iki ölkənin qarşılıqlı maraqları naminə sülhün möhkəmləndirilməsinə və ikitərəfli əməkdaşlığın dərinləşməsinə kömək edə biləcəyinə ümidvar olduğunu qeyd edib. /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!