İran PUA-sı ABŞ bazasına zərbə endirib - Pentaqon

saytların hazırlanması

Evə çatdırılma

İran PUA-sı ABŞ bazasına zərbə endirib - Pentaqon

Dünya

19 Noyabr 2021 11:13 1185


İran keçən ay ABŞ-ın Suriyadakı hərbi bazasını pilotsuz təyyarə ilə hədəfə alıb.

Yenisabah.az "Əl-Ərəbiyyə"yə istinadla xəbər verir ki, bunu Pentaqon rəsmiləri açıqlayıb.

Bunu ABŞ-ın təhlükəsizlik rəsmiləri də təsdiqləyiblər. pizza sifarişi

Bu gün verilən açıqlamada İran PUA-nın endirtdiyi zərbənin İsrailin Suriyaya endirdiyi hava hücumuna cavab olduğu qeyd olunub.

Amerika mediası Amerikanın Tanfdakı bazasına hücumu Yaxın Şərqdə yeni təhlükələrin əlaməti kimi qiymətləndirib.

Eyni zamanda, Pentaqon yaydığı bəyanatda ABŞ-ın müdafiə naziri Lloyd Ostinin Vaşinqtonda Yaxın Şərqdəki təhlükəsizlik siyasətləri ilə bağlı çıxışının planlaşdırıldığını açıqlayıb.

Pentaqon ABŞ-ın bölgədəki təhlükəsizlik siyasətinin tərəfdaşlarla bağlılıq və əməkdaşlığa əsaslandığını və on minlərlə ABŞ əsgərinin bütün Yaxın Şərqdə yerləşdirilməyə davam edəcəyini vurğulayıb.

Bəyanatda əlavə edilib ki, bölgədəki tərəfdaşlarımıza sadiqliyimiz Yaxın Şərqdə hərbi qüvvələrin mövcudluğundan kənara çıxır və ABŞ qüvvələri İŞİD-ə qarşı mübarizə aparmaq üçün Suriya və İraqda qalacaq.

"Region transsərhəd təhlükələrlə, o cümlədən İranın pilotsuz təyyarələri və beynəlxalq gəmiçilik təhdidləri ilə üz-üzədir, - deyə Pentaqon bildirib. - Tehranı ağır məğlubiyyət gözləyir".

Pentaqon belə qənaətə gəlir ki, “İran qarşıdurmalarda və məsuliyyətdən yayınmaq üçün ucuz texnologiyalardan istifadə edir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!