İran, Rusiya və Çin birgə hərbi dəniz təlimi keçirəcək

saytların hazırlanması

Evə çatdırılma

İran, Rusiya və Çin birgə hərbi dəniz təlimi keçirəcək

Dünya

05 Fevral 2024 14:04 537


İran, Rusiya və Çin birgə hərbi dəniz təlimi keçirməyə hazırlaşır.

Yenisabah.az Mehr News-a istinadla xəbər verir ki, bu barədə İran Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Şəhram İrani deyib.

O, təliminin cari İran ilinin sonuna qədər (mart ayına qədər -red.) keçiriləcəyini qeyd edərək, digər ölkələrin də təlimə qatılmağa dəvət olunduğunu açıqlayıb. pizza hut

Admiral deyib: "İran donanmasının hazırkı vəziyyətdə ən mühüm strategiyası İslam quruluşu və İran millətinin mənafeyini və iqtisadi resurslarını qorumaqdır.

İran Ordusunun Hərbi Dəniz Qüvvələri İran İslam Respublikasının gəmiçiliyini qoruyur və təhlükəsizliyi təmin etmək üçün dəstəyə ehtiyacı olan ölkələrə kömək edir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!