İranın Beyrutdakı səfirinin səhhəti və görmə qabiliyyətini itirməsi ilə bağlı şayiələr həqiqəti əks etdirmir.
Yenisabah.az Fars-a istinadla xəbər verir ki, bu barədə İslam Respublikasının Livandakı səfirliyi məlumat yayıb.
Səfirlik Müctəba Əmaninin müalicəsinin davam etdiyini vurğulayıb. Marqarita pizza
Xatırladaq ki, sentyabrın 17-də Livanın müxtəlif bölgələrində şəxsi radio rabitə cihazlarının (peycer) partlaması nəticəsində yüzlərlə insan yaralanıb. Bu partlayışlar Beyrutun ətraflarında və Livanın digər bölgələrində baş verib.
Livanın səhiyyə naziri Firas Əl-Abeid radio rabitə vasitələrinin (peycerlərin) partlaması nəticəsində 9 nəfərin həlak olduğunu, 2750 nəfərin isə yaralandığını açıqlayıb.
Telegram kanalımız