İranın mövqeyi həmişə bəlli olub: regionda yolların açılması ölkələrin suverenliyi çərçivəsində baş verməlidir.
Yenisabah.az Armenian Neews-a istinadla xəbər verir ki, bunu İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sobhani deyib.
Onun sözlərinə görə, dünyada adi haldır ki, dəhlizdən danışırlarsa, bu, ünsiyyət üçün bir fürsət kimi qəbul edilir, amma regionumuzda tamamilə başqa cür qəbul edilir. Pepperoni pizza
Eyni zamanda, sülh və dostluq ritorikasının nəyə gətirib çıxara biləcəyini vurğulayıb.
"Tehran nələrin baş verib-verməməsi ehtimalı məsələsinə qiymət verə bilməz. Ermənistanda özümüzü necə aparmağımıza gəlincə, bu, Ermənistan hökumətinin mövqeyindən asılıdır”, - deyə o izah edib.
Mehdi Sobhani əlavə edib ki, Ermənistanın baş naziri Paşinyanın təklif etdiyi “Sülh kəsişməsi” reallaşarsa, o zaman dəmir yolu əlaqəsi də təmin olunacaq.
“Bu halda Naxçıvandan Culfadan keçməklə Yerasxla (Arazdəyən) dəmir yolu əlaqəsi yaratmaq mümkün olacaq. Bu mümkündür və həyata keçirilə bilər”, - deyə diplomat fikirlərini yekunlaşdırıb.
Telegram kanalımız