İran səfiri Qriqoryanla görüşdü

saytların hazırlanması

Evə çatdırılma

İran səfiri Qriqoryanla görüşdü

Dünya

09 Sentyabr 2024 12:06 342


İran səfiri Mehdi Sobhani və Ermənistan Təhlükəsizlik Şurasının (TŞ) katibi Armen Qriqoryan regiondakı vəziyyət və Ermənistan-İran münasibətləri müzakirə ediliblər. 

Yenisabah.az xəbər verir ki, görüşdə əsas mövzu kommunikasiyaların açılması kontekstində Ermənistan ərazisindən ekstraterritorial dəhlizin açılmasının yolverilməzliyi olub.

Qriqoryanın sözlərinə görə, Ermənistan ərazisindən keçən istənilən əlaqə onun nəzarəti və milli suverenliyi altında olmalıdır və İrəvan istənilən “dəhliz” məntiqinin əleyhinədir. Sezar pizza

TŞ katibi Ermənistan-İran sərhədini "sülh və dostluq sərhədi" adlandırıb və əlavə edib ki, heç bir qüvvə bunu pozmağa qadir deyil.

Öz növbəsində, İran səfiri Tehranın regionda sərhədlərin istənilən dəyişikliyinə qarşı çıxan prinsipial mövqeyini bir daha xatırladıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!