İran sərhədində 40 kq narkotik tutuldu 

saytların hazırlanması

Evə çatdırılma

İran sərhədində 40 kq narkotik tutuldu 

Maraqlı

06 Oktyabr 2023 13:49 381


İrandan Azərbaycana 40 kq-a yaxın narkotik keçirilməsinin qarşısı alınıb. 

Bu barədə Yenisabah.az-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib. 

Bildirilib ki, oktyabrın 6-da saat 00:23-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonu Səmədabad kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb. Sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 39 kiloqram 658 qram narkotik vasitə və 700 ədəd metadon M-40 psixotrop tərkibli həb aşkar olunaraq götürülüb.  Sezar pizza

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!