“Mənim bu barədə əlavə şərhlərim yoxdur. Biz düşüncə mərkəziyik, dövlət qurumu, yaxud nazirlik deyilik”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib.
O İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Abbas Musəvi ilə keçirdiyi görüş barəsində ətraflı danışmaq istəməyib. Dördpendirli pizza
BMTM sədrinin fikrincə, hazırda İran və Azərbaycan arasında gərginlik mövcuddur:
“Eyni zamanda əlaqələr davam etdirilir, müəyyən iqtisadi əməkdaşlıq və siyasi təmaslar var. Ona görə də düşüncə mərkəzi olaraq hər zaman hər hansı bir ölkəylə dialoqa açığıq”.
F. Şəfiyev onu da əlavə edib ki, BMTM rəsmilərinin, hətta bəzi erməni mütəxəssislərlə də müəyyən təmasları olub:
“Düzdür, bu təmaslar birbaşa olmayıb, amma müxtəlif regional konfranslar çərçivəsində, o cümlədən forumlarda bu, baş tutub. Ona görə də düşüncə mərkəzi olaraq, təkliflərə hazırıq və İran tərəfi də müəyyən təkliflərlə də BMTM-yə müraciət edib. Görüşdə ancaq bunu müzakirə etmişik”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız