İran və Azərbaycanın birgə layihəsi olan və Araz çayı üzərində inşa edilən "Qız Qalası" bəndinin sabah açılışı olacaq.
Yenisabah.az Təsnim-ə istinadla xəbər verir ki, açılış mərasimi İran prezidenti İbrahim Rəisi və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçiriləcək.
“Qız Qalası” bəndi İranın Muğan-Parsabad şəhərinə və İran-Azərbaycan sərhədi yaxınlığında yerləşir. Marqarita pizza
Bu bənd hər il 2 milyard kubmetr suyun tənzimlənməsi ilə İranın şimal-qərbindəki ən böyük və ən əhəmiyyətli sərhəd suyu layihəsidir.
Telegram kanalımız