İran: Xəzər dənizinə doğru uzanan qaz kəmərində partlayış oldu

saytların hazırlanması

Evə çatdırılma

İran: Xəzər dənizinə doğru uzanan qaz kəmərində partlayış oldu

Dünya

14 Fevral 2024 12:06 609


İranda təbii qaz kəmərində bir neçə partlayış baş verib.

Yenisabah.az Associated Press-ə istinadla xəbər verir ki, bu barədə İranın qaz şəbəkəsinə nəzarət mərkəzinin meneceri Səid Ağlı bildirib.

Xəttin bir neçə bölgəsində baş verən partlayışlar təxribat və terror aktlarının nəticəsidir. Lakin o, mümkün şübhəlilərin adını açıqlamayıb. pizza hut

Partlayışlar cənub-qərbdəki Çəharməhal və Bəxtiyari əyalətindən şimala, Xəzər dənizinə qədər uzanan və təxminən 1270 km uzunluğunda olan qaz kəmərində baş verib. 

Rəsmilər partlayışlar nəticəsində heç kimin xəsarət almadığını və ölkə üzrə qaz təchizatının həmişəki kimi davam etdiyini bildirib. Lakin hazırda partlayış yerinə yaxın ərazilərə qaz verilmir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!