Tehran regional sülh və sabitliyi dəstəkləyir, beynəlxalq səviyyədə tanınmış sərhədlər və geosiyasi status-kvonun hər hansı dəyişikliyinə qarşıdır.
Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, bunu İran xarici işlər nazirinin köməkçisi və Avrasiya məsələləri üzrə departamentin baş direktoru Müctəba Dəmirçilu bildirib.
O, Rusiyanın Tehrandakı səfiri Aleksey Dedov ilə görüşdə regiondakı bütün ölkələrin maraqları və qanuni narahatlıqlarına diqqət yetirilməsinin zəruriliyini vurğulanıb. Pepperoni pizza
Qafqazda baş verən hadisələrlə bağlı fikir mübadiləsi aparan hər iki diplomatın fikrincə, davamlı sülhün və regional əməkdaşlığın təminatçısı olan ölkələrin milli suverenliyinə, ərazi bütövlüyünə və qarşılıqlı maraqlarına hörmətlə yanaşılmalıdır.
Dəmirçilu və Dedov, həmçinin region ölkələrinin potensialından istifadə edərək problemlərin həlli və bölgədə sülhün və sabitliyin möhkəmləndirilməsinə, iqtisadi planların həyata keçirilməsinə töhfə vermənin vacibliyini vurğulayıblar.
Görüşdə Cənubi Qafqazın üç ölkəsi: Ermənistan, Gürcüstan və Azərbaycan, həmçinin Rusiya, Türkiyə və İranın daxil olduğu 3+3 məşvərət formatının qarşıdakı görüşü müzakirə olunub.
Telegram kanalımız