İran XİN Əliyev-Rəisi görüşünü təsdiqlədi

saytların hazırlanması

Evə çatdırılma

İran XİN Əliyev-Rəisi görüşünü təsdiqlədi

Dünya

22 Noyabr 2021 14:02 775


İran XİN-in sözçüsü Səid Xətibzadə Azərbaycan və İran prezidentlərinin Aşqabadda keçiriləcək sammitdə görüşü ehtimalını təsdiqləyib.

Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, bu gün keçirdiyi brifinqdə o, əvvəlcə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Tehrana səfəri ilə bağlı sualı cavablandırıb:

"İki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyması nəzərdə tutulub və bu səfər zamanı bir sıra əməkdaşlıq istiqamətləri müəyyənləşib". pizza

O, İran-Azərbaycan əlaqələri ilə bağlı başqa xoş xəbərlərin də yolda olduğunu deyib: "Azərbaycan Respublikası rəsmisinin bu səfəri bəzi layihələrin həyata keçirilməsi üçün əsas yaradıb. Yaxın bir neçə həftədə müjdə gerçəyə çevriləcək".

Səid Xətibzadə noyabrın 218-də keçiriləcək İƏT sammitində iki ölkə prezidentlərinin görüşünün mümkünlüyündən söz açıb:

“Bu sammitdə qonşu dövlətlərin nümayəndələri kimi ikitərəfli və çoxtərəfli görüşlərin keçirtilməsi təbiidir. Cənab Əliyevlə cənab Rəisinin görüşü də eyni kontekstdə olacaq".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!