İran XİN: Cənubi Qafqazda hərbi hərəkətləri həssaslıqla izləyirik

saytların hazırlanması

Evə çatdırılma

İran XİN: Cənubi Qafqazda hərbi hərəkətləri həssaslıqla izləyirik

Rəsmi

11 Sentyabr 2023 13:41 529


"Biz hər iki ölkənin hakimiyyət orqanları ilə əlaqə saxlayırıq".

Yenisabah.az Fars News-a istinadla xəbər verir ki, bunu İran XİN-in sözçüsü Naser Kənani deyib.

O bildirib: "Ermənistan rəsmiləri Azərbaycandan yeni hərbi münaqişə ehtimalından narahat olduqlarını bildiriblər. Amma Azərbaycan hakimiyyəti bizə bildirdi ki, onların hərbi hücum niyyəti yoxdur və son hərəkətlər qış mövsümü ərəfəsində gediş-gəliş çətinləşməsi ilə bağlıdır". Toyuqlu pizza

Kənani əlavə edib: "İran şimal qonşuları ilə ortaq sərhədlərin təhlükəsizliyinə həssasdır və hadisələri ciddi şəkildə izləyir. Sizi əmin edirik ki, İranın sərhədləri təhlükəsizdir və İran sərhəd təhlükəsizliyini güclü şəkildə dəstəkləyir.

Eyni zamanda, Qafqazda baş verən proseslərin əhəmiyyətini və regionda hər hansı qeyri-sabitlik və gərginliyin təsirlərini nəzərə alaraq, məsələni həssaslıqla və ciddiliklə izləyirik".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!