İran geosiyasi və sərhəd dəyişikliyi üçün istənilən addımın əleyhinədir.
Yenisabah.az ISNA-ya istinadla xəbər verir ki, bunu İran XİN-in sözçüsü Nasir Kənani bildirib.
Onun sözlərinə görə, bu günlərdə dəhliz məsələsi hər zaman olduğundan daha çox diqqət mərkəzindədir. Marqarita pizza
Kənaninin sözlərinə görə, İran regionda müstəqillik və ərazi bütövlüyünə hörmət çərçivəsində iqtisadi münasibətlərdəki blokların aradan qaldırılmasına və Azərbaycan Respublikası ilə Ermənistan arasında sülhün təşviqinə dəstəyini davam etdirəcək. "Bu, bütün region ölkələrinin arzusudur".
"Bəziləri Qafqaz regionunu qeyri-sabitlik məkanına çevirmək istəyir. Onlar nəyin bahasına olursa-olsun, regionda qeyri-sabitliyin ardınca gedirlər. Biz regionda sərhədlərin dəyişdirilməsi cəhdinə qəti etirazımızı bildiririk”, - deyə XİN rəsmisi vurğulayıb.
Kənani əlavə edib ki, İran münaqişələrin həlli üçün “3+3” regional formatının gücləndirilməsinin tərəfdarıdır.
Telegram kanalımız