"Sepah"ın Kəşfiyyat Təşkilatı və Kəşfiyyat Nazirliyi ("Ettelaat") İranda ABŞ və İsraillə əməkdaşlıq edən təxribatçı qrupun bir neçə üzvünü həbs edib.
"Yeni Sabah" Fars News-a istinadla xəbər verir ki, onlar mövcud siyasi sistemə qarşı saxta ittihamlar irəli sürmə və yalan məlumatlar yaymaqla ölkənin ictimai-siyasi atmosferini qızışdırma və s. əməllərdə ittiham olunurlar.
Kəşfiyyat qurumları konkret adlar çəkməsə də, "Fars News" bir neçə siyasi fəalın adını sadalayıb: Azər Mənsuri, İbrahim Əsgərzadə və Möhsün Əminzadə. pizza sifarişi
Bundan başqa, bu səhər təhlükəsizlik və məhkəmə orqanları əməkdaşları Veteranlar Məclisinin baş katibi Cavad İmamı həbs ediblər.
Fevralın 8-də İslahat Cəbhəsinin sədr müavini Möhsün Armin və Bədr Sadat Mofidinin də məhkəməyə çağırıldığı məlum olub.
Telegram kanalımız