İranın Hormozqan şəhərində saxta alkoqollu içkilərdən 10 nəfər ölüb.
Yenisabah.az "Fars News"a istinadla xəbər verir ki, bu barədə Hormozqan Tibb Elmləri Universitetinin sözçüsü Fateme Norouzian məlumat yayıb.
Onun sözlərinə görə, son günlər ümumilikdə 75 nəfər alkoqoldan zəhərlənmə ilə xəstəxanaya müraciət edib, onlardan 45-i dializdə olub, hazırda xəstələrdən 4-nün vəziyyəti ağırdır və süni nəfəs aparatına qoşulublar. Dominos pizza
Xatırladaq ki, ötən həftə ölkənin Bəndər Abbas şəhərində də alkoqoldan zəhərlənmə hadisəsi qeydə alınıb.
Telegram kanalımız