İranda Azərbaycana dəstək aksiyaları keçirildi - Video

saytların hazırlanması

Evə çatdırılma

İranda Azərbaycana dəstək aksiyaları keçirildi - Video

Rəsmi

16 İyul 2020 19:43 1074


İranda Azərbaycana dəstək aksiyaları olub.

Yenisabah.az xəbər verir ki, aksiyalardan biri Ermənistanın Tehrandakı səfirliyi qarşısında baş tutub. Aksiya iştirakçıları işğalçı Ermənistanın Azərbaycanın yaşayış məntəqələrinə və hərbi obyektlərinə təcavüzkar hücumları nəticəsində Azərbaycanın bir neçə hərbiçisi və mülki şəxsi şəhid olduğunu bildirib, bu təcavüz aktını pisləyiblər. Aksiyada Ermənistan ordusunun işğalçı hücumları qarşılığında Azərbaycan xalqına dəstək ifadə olunub.

Azərbaycanın Təbrizdəki Baş Konsulluğu qarşısında da Azərbaycana dəstək aksiyası keçirilib. Toyuqlu pizza

Bundan başqa, İranın azərbaycanlılar yaşayan vilayətlərində də aksiyalar təşkil olunub.

Urumiyə, Zəncan və Ərdəbil şəhərlərində keçirilən dinc aksiyalarda Ermənistanın son təcavüzkar əməlləri pislənib, Azərbaycanla həmrəylik nümayiş etdirilib.  

/APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!