İranda daha 20 məktəbli qız zəhərləndi

saytların hazırlanması

Evə çatdırılma

İranda daha 20 məktəbli qız zəhərləndi

Rəsmi

05 Aprel 2023 16:09 753


İranda Novruz bayramı tətilinin başa çatmasından və təhsil müəssisələrinin açılmasından sonra məktəbli qızlara kimyəvi hücumlar yenidən başlayıb.

Yenisabah.az yerli KİV-ə istinadən xəbər verir ki, bazar ertəsi və çərşənbə axşamı ölkə daxilində ən azı beş məktəb hədəfə alınıb.

Məktəbli qızlar binalara buraxılan kimyəvi maddələrdən zəhərləniblər. Urmiya və Nəqədə şəhərlərində, Təbriz və İsfahanda məktəblərə hücumlar barədə məlumat yayılıb. pizza sifarişi

ISNA dövlət xəbər agentliyinin verdiyi məlumata görə, təkcə Təbrizdən 20 qız tələbə tənəffüs əlamətləri və nəfəs darlığı ilə xəstəxanaya aparılıb.

Qeyd edək ki, 2022-ci il noyabrın 30-dan İranda qız tələbələrin təhsil aldığı məktəblərdə kütləvi zəhərlənmə halları baş verib. Şagirdlərdə tənəffüs çətinliyi, ürəkbulanma, baş ağrısı və ətraflarda uyuşma kimi simptomlar müşahidə olunub. Məlumata görə, indiyədək 238 məktəbdə 5 mindən çox şagird zəhərlənib. İran rəsmiləri qızların kütləvi zəhərlənməsinə görə xarici qüvvələri günahlandırır və bunun ölkənin düşmənləri tərəfindən törədildiyini bildirirlər. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!