İranda güclü zəlzələ

saytların hazırlanması

Evə çatdırılma

İranda güclü zəlzələ

Dünya

10 Dekabr 2019 10:31 1525


İranın cənub-qərbində Kohgiluyə və Buyir Əhməd vilayətinin Bəhmei rayonu yaxınlığında 4,6 bal gücündə zəlzələ baş verib.

"Yeni Sabah"ın məlumatına görə, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi bildirib.

Zəlzələ yerli vaxtla saat 11:51-də 17 kilometr dərinlikdə qeydə alınıb. pizza hut

Dağıntı və tələfat barədə məlumat verilməyib.

Qeyd edək ki, 8 noyabrda İranın Şərqi Azərbaycan vilayətinin Miyana rayonunun Tərk şəhəri ətrafında yerli vaxtla saat 02:17-də 5,9 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 5 nəfər həlak olub, 700-dən çox insan yaralanıb. /trend


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!