İranda koronavirusdan  ölənlərin sayı 63 699 nəfərə yüksəldi

saytların hazırlanması

Evə çatdırılma

İranda koronavirusdan ölənlərin sayı 63 699 nəfərə yüksəldi

Maraqlı

07 Aprel 2021 14:27 766


İranda ötən sutka ərzində 20 954 nəfər koronavirusa (COVID-19) yoluxub. Bu indiyə qədərki gündəlik yoluxma sayında ən yüksək rəqəmdir.

Yenisabah.az xəbər verir ki, bununla da İranda bu virusa yoluxanların sayı 1 984 348 nəfərə çatıb. Virus daşıyıcılarından 4 177 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda ötən 24 saat ərzində 193 nəfər koronavirusdan ölüb. Beləliklə İranda bu virusdan ölənlərin sayı 63 699 nəfərə yüksəlib. Dominos pizza

Ölkədə indiyədək 1 675 891 nəfər koronavirusdan sağalıb, 13,3 milyondan çox diaqnoz testi həyata keçirilib.

Koronavirusa yoluxma üzrə 257 rayon qırmızı və 129 rayon narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır. Bundan başqa 51 rayon sarı, 11 rayon isə mavi zona hesab olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!