İranda müəllim hicaba görə işdən qovuldu

saytların hazırlanması

Evə çatdırılma

İranda müəllim hicaba görə işdən qovuldu

Rəsmi

24 Avqust 2023 13:15 694


İranın Mərivan şəhərindən olan müəllim Şiva Amilirad beynəlxalq tədbirə hicabsız qatıldığı üçün işdən qovulub. 

Axar.az xəbər verir ki, bu barədə Müəllimlərin Həmkarlar İttifaqı Təşkilatlarının Koordinasiya Şurası məlumat yayıb.

Məlumata görə, Şiva Amilirad Müəllimlərin Həmkarlar İttifaqı Təşkilatlarının Koordinasiya Şurasının nümayəndəsi kimi Cənubi Koreyada beynəlxalq tədbirdə iştirak edib. pizza hut

Tədbirdə Cənubi Koreyanın qeyri-hökumət fondunun Xüsusi Sülh mükafatı təqdim edilən zaman Şiva Amilirad səhnəyə hicabsız çıxıb.

O bu hərəkətinə görə, ölkəyə qayıtdıqdan sonra cəzalandırılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!