İranda rəsmi qəzet prezidenti istefaya çağırdı

saytların hazırlanması

Evə çatdırılma

İranda rəsmi qəzet prezidenti istefaya çağırdı

Siyasət

08 May 2022 11:10 219


"İndi bəlli oldu ki, problemləri həll edə bilməyəcəksiniz".

Yenisabah.az “Comhuriye Eslami” istinadla xəbər verir ki, bunu İran qəzetinəin baş redaktoru Məsih Mohaceri İbrahim Rəisiyə ünvanladığı məqalədə yazıb.

O daha sonra qeyd edib: "Cəsarətlə kənara çəkilin və xalqı və ölkəni bu təhlükəli burulğandan xilas etmək üçün işi bacarıqlı adamlara həvalə edin". pizza

Administrasiya rəhbərinin istefaya çağırılmasına digər rəsmi qəzet olan "Keyhan"dan sərt cavab gəlib. Bu qəzet M. Mohacerini "bahalı casus"adlandırıb.

"Nəhayət, əgər təhlilin müəllifi üçün meyar vicdan və cəsarətdirsə, o, ilk növbədə ölkə iqtisadiyyatına və xalqına təsir edən zəhərli təhlillər təqdim etdiyi üçün ictimaiyyətdən və sistemdən üzr istəməlidir", - deyə "Keyhan"ın baş məqaləsində yazılıb.

Qeyd edək ki, son günlər bahalıq, ilk növbədə, un və un məmulatlarının qiymət artımı hökumətə qarşı sərt tənqidlər doğurub.

Həmçinin, “Kayhan”, “Jomhuri Eslami” və “Ettelaat” qəzetləri İran Ali liderinin rəhbərliyi altında fəaliyyət göstərir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!