İranda yeni dalğa: Hədəf kimdir?

saytların hazırlanması

Evə çatdırılma

İranda yeni dalğa: Hədəf kimdir?

Dünya

10 Fevral 2026 18:55 569


İran hakimiyyəti ölkədə ikinci repressiya dalğasına başlayıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

Məlumata görə, bu dəfə hökumətin siyasət kursu ilə razılaşmayan və etirazlar zamanı təhlükəsizlik qüvvələrinin hərəkətlərini tənqid edən siyasi fəallar və islahatçı qüvvələr hədəf alınıb. Dominos pizza

Bildirilir ki, bir sıra partiyaları birləşdirən "İslahat cəbhəsi" rəhbərliyinin üzvü və keçmiş deputat İbrahim Əsgərzadə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat təşkilatı tərəfindən saxlanılıb. Onun həbsi birbaşa onlayn konfrans zamanı - canlı efirdə baş verib.

Tehran prokurorluğunun bəyanatına görə, saxlanılanlar yanvar etirazları zamanı "terror aktlarını təşviq etməkdə", ölkənin daxili təhlükəsizliyini sarsıtmaqda, eləcə də KİV və sosial şəbəkələrdə aktivlik olmaqda ittiham olunurlar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!