İrandakı Azərbaycan vətəndaşlarının vəziyyəti necədir? -   RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

İrandakı Azərbaycan vətəndaşlarının vəziyyəti necədir? - RƏSMİ

Sosial

02 Mart 2026 11:42 215


İranda Azərbaycan vətəndaşlarının xəsarət alması barədə yeni məlumat daxil olmayıb.

"Yeni Sabah" "Report"a istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. Pepperoni pizza

Azərbaycan XİN-in martın 1-də açıqladığı məlumatına əsasən döyüş olan bölgədə yalnız bir nəfər Azərbaycan vətəndaşı xəsarət alıb, vətəndaşa diplomatik missiyamız tərəfindən müvafiq dəstək göstərilir və onun vəziyyəti yaxşıdır.

Böhran vəziyyətinə uyğun olaraq, bölgədə yerləşən Azərbaycanın səfirlikləri və Baş konsulluqları fəaliyyətini gücləndirilmiş rejimdə davam etdirir. XİN-in paylaşdığı səyahət xəbərdarlığına uyğun olaraq, İran ərazisində olan Azərbaycan vətəndaşlarının İrandan çıxışı üçün yerləşmə bölgəsindən asılı olaraq Azərbaycan və Türkiyə quru sərhədindən istifadə olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!