"İran xarici işlər nazirinin müavini Mehdi Səfəri yaxın günlərdə Azərbaycana səfər edəcək".
Yenisabah.az ISNA-ya istinadla xəbər verir ki, bunu Azərbaycanın İrandakı səfiri Əli Əlizadə bildirib.
"İran-Azərbaycan arasında əlaqələrin səviyyəsi, Prezident Əliyevin qeyd etdiyi kimi, xüsusilə, İbrahim Rəisinin prezidentliyi dövründə yaxşılaşıb. Prezidentlər arasında Aşqabadda keçirilən səmimi və mehriban görüşdə tərəflər iki ölkə arasında əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu bəyan ediblər", - deyə Əlizadə vurğulayıb. Marqarita pizza
O, qeyd edib ki, liderlərin tapşırığına əsasən, bütün müvafiq infrastruktur və sektorlar əlaqələrin möhkəmləndirilməsi üçün çalışır və münasibətlər yüksələn xətlə inkişaf edir.
Ə. Əlizadə ikitərəfli və çoxtərəfli sazişlərin icrasına aydınlıq gətirib:
“Prezidentlərin görüşündən az sonra iki ölkə arasında bir neçə birgə saziş imzalanıb ki, bunlardan biri də Türkmənistandan İran vasitəsilə Azərbaycana qaz svoplarının ötürülməsi ilə bağlıdır. Sazişin icrası başlayıb və yaxşı məcrada gedir”.
Azərbaycan səfiri sözünün davamında deyib:
"İran və Azərbaycan arasında ikinci birgə razılaşma Şərqi Zəngzur və Naxçıvan arasında bağlantı yaratmaya dair birgə memorandumdur. Son illər iki ölkə arasında ticarət dövriyyəsi də 30% artıb".
Əlizadə, həmçinin qeyd edib ki, yaxın bir neçə gündə İran xarici işlər nazirinin müavini Mehdi Səfərinin Bakıya səfəri olacaq. Gələn ay isə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin İrana səfəri planlaşdırılır. Bundan başqa, Azərbaycanda İslam Əməkdaşlıq Təşkilatının konfransı olacaq və bu çərçivədə digər rəsmilərin Bakıya gəlişi təbiidir".
Telegram kanalımız