İrandan Azərbaycana 40 kq narkotik keçirilməsinin qarşısı alındı

saytların hazırlanması

Evə çatdırılma

İrandan Azərbaycana 40 kq narkotik keçirilməsinin qarşısı alındı

Kriminal

08 Dekabr 2022 12:54 793


Dekabrın 7-də Dövlət Sərhəd Xidməti (DSX) Yardımlı rayonunun Ostahir kəndi yaxınlığında yerləşən sərhəd zastavasında narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısını alıb.

Yenisabah.az xəbər verir ki, bu barədə DSX-nin mətbuat mərkəzi məlumat yayıb.

Keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 2 ədəd bağlamada, ümumi çəkisi 39 kiloqram 785 qram narkotik vasitəyə bənzər maddələr (39 kq 490 qram marixuana və 295 qram qablaşdırmada 500 ədəd metadon M-40 psixotrop həbləri) aşkar olunaraq götürülüb. Pepperoni pizza

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!