İrandan Azərbaycana 61 kq narkotik gətirdi - Tutuldu - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

İrandan Azərbaycana 61 kq narkotik gətirdi - Tutuldu - VİDEO

Kriminal

12 Avqust 2024 10:43 1102


DİN BNMİ-nin sonuncu əməliyyatı zamanı 61 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb. 

Bu barədə Yenisabah.az-a DİN-dən bildirilib. 

DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri sonuncu əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan mütəşəkkil dəstənin daha bir üzvü - əvvəllər məhkum olunmuş Kamran Abdullayev Lənkəran şəhərində saxlanılıb. Ondan 61 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, narkotiklərin satışında istifadə edilən bank kartı və tərəzi aşkarlanıb.  Sezar pizza

K.Abdullayev şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə əlbir olaraq qaçaqmalçılıq yolu ilə ölkəyə narkotiklərin gətirilməsini və qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırılmasını planlaşdırıb. 

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Mütəşəkkil dəstənin digər üzvlərinin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!