İrandan Azərbaycana açıq hədə: “Hərbi müdaxilədən istifadə etmək hüququmuz var“

saytların hazırlanması

Evə çatdırılma

İrandan Azərbaycana açıq hədə: “Hərbi müdaxilədən istifadə etmək hüququmuz var“

Siyasət

15 Yanvar 2023 11:03 4949


“Azərbaycan Respublikası öz davranışında diqqətli olmalıdır”.

Yenisabah.az “Təsnim”ə istinadla xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Şəhriyar Heydəri bildirib.

İranlı millət vəkili rəsmi Bakının ünvanına təhdidlər səsləndirməklə yanaşı, “Bakı Cümhuriyyəti” adlandırmaqla, Azərbaycan Respublikasının aşağılamağa cəhd göstərib. Dominos pizza

“İran Azərbaycan  və Ermənistan məsələsi ilə ciddi məşğuldur, lakin İranın narahatlığı “Bakı Respublikası” sarıdan deyil. Bu o deməkdir ki, o, müxtəlif cəhətlərdən İranı bezdirmək istəyən bir ölkə kimi qəbul edilmir. Amma Azərbaycan Respublikasına mühüm bir məsələyə görə dəfələrlə xəbərdarlıq edilib. Bu, sionist rejimin (İsrail – red.) İran sərhədləri yaxınlığında olmasıdır. Azərbaycan Respublikası və Türkiyə İsrail və Amerika üçün ovlaq yeri olmamalıdır”, - deyə Ş. Heydəri rəsmi Tehranın son illərdə səsləndirdiyi sərsəm iddiasını növbəti dəfə təkrarlayıb. 

O daha sonra rəsmi Bakını açıq şəkildə hərbi müdaxilə ilə təhdid edib: 

“ Azərbaycan Respublikasında sionist rejimin mövcudluğu bu ölkənin ən mənafeyinə uyğun deyil və bizim istənilən təsir alətlərindən, o cümlədən hərbi müdaxilədən istifadə etmək hüququmuz var. Bölgənin sionist rejimi üçün təhlükəsiz sığınacağına çevrilməsinə imkan verməyəcəyik. İran İsrailin “Bakı Respublikası”nın ərazisindən İrana qarşı istifadə etmə imkanını heç cür qəbul etmir”.

İranlı millət vəkili qaranlıq otaqda qara pişik ovunu davam etdirərək bildirib:

“Bizdə məlumat var ki, sionist rejim hazırda Azərbaycan Respublikasının sərhədinin “sıfır nöqtəsi”ndən İrana qarşı casusluq məqsədi ilə istifadə edir. Sionist rejimin bu bölgədə mövcudluğundan məqsəd İranı güvənsiz etməkdir. Biz “Bakı Respublikası”na xəbərdarlıq edirik ki, öz rəftarında diqqətli olsun. İkincisi, İran regionda heç bir geosiyasi dəyişikliyə imkan verməyəcək. Bakı öz mövqeyində israr etmək istəsə, İran istəmədiyi yekun qərarı verəcək, bu da hərbi gücdən istifadə etməkdir”.

Ş. Heydəri Türkiyənin də ünvanına təhdidlər səsləndirib: “Türkiyəyə də öz iddialı hədəflərini dayandırması barədə xəbərdarlıq edilir. Çünki Türkiyənin məqsədlərindən biri də Xəzər dənizinə çıxmaqdır ki, Azərbaycan Respublikası, Türkmənistan və Xəzər dənizinin resurslarından istifadə edə bilsin. Ona görə də “Bakı Respublikası” tacirlərimizə və tranzit yük maşınlarına gedən yolda narahatlıqlar yaradır. Tezliklə Ermənistan ərazisi daxilində marşrutun açılmasına nail olmaq istəyir ki, bu məsələ (Zəngəzur dəhlizi – red.) öz həllini tapsın”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!