İrandan İsrail və ABŞ bazalarına 87-ci zərbə dalğası

saytların hazırlanması

Evə çatdırılma

İrandan İsrail və ABŞ bazalarına 87-ci zərbə dalğası

Dünya

30 Mart 2026 16:52 479


İran İsrailə, habelə Bəhreyn, İraq və Səudiyyə Ərəbistanındakı ABŞ bazalarına zərbələr endirib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidmətindən məlumat verilib.

"Əsl vəd - 4" əməliyyatının 87-ci dalğası zamanı müxtəlif ərazilərdə komanda mərkəzləri, silah anbarları, PUA-ların, ABŞ-İsrail pilotlarının sığınacaq yerləri, o cümlədən bölgədə 5 ABŞ bazası, xüsusən də Hayfa körfəzində, Kiryat-Şmonada, Təl-Əvivdə, Beer-Şevada, Dimonada (bazalar), Əl-Xərcdə (Səudiyyə Ərəbistanında), Əl-Cufeyrdə (Bəhreyn), Viktoriyada (Bağdad yaxınlığında) hərbi obyektlər "Emad", "Qiam" və "Xorrəmşəhr - 4" ballistik raketlərindən, eləcə də hücum PUA-larından istifadə etməklə uğurla vurulub", - deyə bəyanatda bildirilib./Oxu.az Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!