İranın Cenevrədəki Daimi Nümayəndəliyi, İran Kosmik Agentliyinin dərc etdiyi şəkillərə əsaslanaraq, Xəzər dənizinin sahil zolağının daralması barədə xəbərdarlıq edib.
Yenisabah.az ISNA-ya istinadla xəbər verir ki, təxminən 10 ili əhatə edən tədqiqatlarda Xəzər dənizinin müxtəlif hissələri dəniz səviyyəsi baxımından qiymətləndirilib.
Araşdırma göstərir ki, hövzənin şimal hissəsində son illərdə, xüsusən də son 2 ildə suyun səviyyəsinin azalması və sahil xəttinin irəliləməsi müşahidə olunur. pizza hut
Dənizin cənub hissəsində, İran sahillərində də çoxlu dəyişikliklər baş verməyib. Bu yəqin ki, maillilik və ya dərinliklə bağlıdır.
Telegram kanalımız