İranın 3,5 milyard pulu “girovluq“dan azad edildi

saytların hazırlanması

Evə çatdırılma

İranın 3,5 milyard pulu “girovluq“dan azad edildi

Dünya

14 Noyabr 2021 13:19 910


ABŞ-da İranın bloklanmış aktivlərindən 3,5 milyard dollar azad edilib.

Yenisabah.az "Israel Hayom"a istinadla xəbər verir ki, bu, İranın xarici işlər nazirinin bloklanmış İran aktivlərinin 10 milyard dollarını azad etmək tələbinə uyğun olaraq həyata keçirilib.

Israil nəşrinin iddiasına görə, bu addım İranın uranın zənginləşdirilməsini sadəcə dayandırmaq müqabilində mövcud beynəlxalq sanksiyaların zəiflədilməsi çərçivəsində atılıb. Pepperoni pizza

Eyni zamanda, bu gün İsrailin baş naziri Naftali Bennettin ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Rob Mali ilə görüşəcəyi bildirilib.

Robert Mali Yaxın Şərqə səfərindən əvvəl Bayden administrasiyasının İrana qarşı barışdırıcı yanaşma sərgiləyəcəyini açıqlayıb: “Tehranla diplomatik pəncərə heç vaxt bağlanmayacaq".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!