“Prezident seçkilərində insanların seçiminə qarışmıram”.
Yenisabah.az “Təsnim”ə istinadla xəbər verir ki, bunu İranın Ali lideri Ayətullah Xamnəi tələbələrlə keçirdiyi onlayn görüşdə bildirib.
O deyib: “İnsanların seçiminə qarışmıram. Keçmişdə namizəd olmaq istəyənlər məndən rəyimi soruşurdular, “nə dəstəkləyirəm, nə də müxalifəm” demişəm, yəni heç bir rəyim yoxdur, amma indi eyni şeyi söyləməyəcəyimi bildirirəm”. Toyuqlu pizza
Xamnəinin sözlərinə görə prezident seçkilərindən sonra ölkədə “inqilabi, ədalətli, korrupsiyaya qarşı mübarizə aparan, dəyişikliyə və gəncliyə inanan bir hökumət” qurulmalıdır.
O izah edib: “Bəziləri düşünürdülər ki, gənc və inqilabçı hökumət bütün kabinə üzvlərinin 30-35 yaş qrupunda olması mənası verir, halbuki bu, təcrübəyə və dünyagörüşə sahib şəxslərə məhəl qoymamaq demək deyil”.
İranın Ali lideri vurğulayıb: “Birincisi, dəyişiklik lazımdır; ikincisi, dəyişiklik mümkündür; və üçüncüsü, dəyişikliyə nail olmağın yolu dəyişikliyə və dəyişikliyi yaradan elementə inanan bir hökumət qurmaqdır. Ölkədə müdafiə, siyasət, iqtisadiyyat və istehsal baxımından daxili çevriliş edə bilməyəcəyinə inanan bir insan xalqı idarə etməyə layiq deyil”.
Xatırladaq ki, mayın 11-də İranda prezidentliyə namizədliklərin rəsmən irəli sürülməsi başlayıb. Proses 5 gün davam edəcək.
İslam Respublikasında 13-cü prezident seçkiləri iyunun 18-də keçiriləcək.
Telegram kanalımız