İranın arvadından xəbərsiz terrorçunun arxasında gizlənməsi

saytların hazırlanması

Evə çatdırılma

İranın arvadından xəbərsiz terrorçunun arxasında gizlənməsi

Siyasət

30 Yanvar 2023 10:17 2003


Yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə hücum edilməsi ölkəmizdə şok effekti yaratsa da, bu hadisə beynəlxalq ictimaiyyəti bir o qədər də təəccübləndirmədi. Yəni onlar üçün bu hücum bir o qədər də gözlənilməz olmadı. Çünki diplomatik korpuslarda terror etmək, qorumalı olduqları adamların həyatlarına son vermək son 50 ildə İran dövlətinin fəlsəfəsinə tamamilə uyğun gəlir. 

Buna misal olaraq, mollakratiyanın 1979-cu ildə ABŞ-ın Tehrandakı səfirliyində çalışan əməkdaşları 444 gün əsir saxlaması, yaxud 2016-cı ildə Səudiyyə Ərəbistanı səfirliyinə həyata keçirilən hücumu göstərmək olar. Bəli, İran elə həmin İrandır... 

Maraqlısı da budur ki, 1979-cu ildə Ruhulla Xomeyninin İslam İnqilabını gerşəkləşdirməsindən sonra İranın xarici siyasəti təkcə diplomatik müstəvidə deyil, həm də terror üzərində qurulub. Bu baxımdan da İranın hansısa bir xarici ölkə səfirliyinə, o cümlədən Azərbaycanın Tehrandakı diplomatik korpusuna hücum etməsi onun mahiyyətini ortaya qoymuş oldu. Sezar pizza

Bu terror aktında diqqət çəkən əsas məqam isə İran rəsmilərinin hadisəyə dərhal rəng verməsi oldu. Bu barədə məşhur bir serialdan bir frazanı qeyd etmək yerinə düşər: “Vuran qaçar, vurduran gələr”.

İşin qəribə tərəfi isə budur ki, tam terror aktı və bunu sübut edən dəlillərin ortada olmasına baxmayaraq, İran polisi Tehrandakı səfirliyimizə düzənlənən terror aksiyasını məişət müstəvisinə gətirməyi, eləcə də bunu ailə-uşaq söhbətinə qədər endirməyi özlərinə rəva bildi. 

Həmçinin, İran xüsusi xidmət orqanlarının seçdiyi “qəhrəman”ın portret cizgiləri elə İranın müasir dünyadakı xarakterinə və yerinə uyğundur. Belə ki, terrorçu öz həyat yoldaşının axtarışına çıxıb və guya, onun arvadı 10 aydır ki, Azərbaycan səfirliyindədir deyə, o, Tehrandakı diplomatik korpusumuza hücum edib. Bu isə İranın ənənəvi siyasətidir. Yəni İran tərəfi bu addımı atmaqla bir caninin arxasında gizlənməyə çalışdı. Bacardı, yaxud bacarmadı, bu, 0nun öz işidir... 

Amma bir şeyi də söyləmək yerinə düşər: İranın 10 ay arvadından xəbəri olmayan bir caninin arxasında gizlənməsi molla rejiminin nə qədər miskin olduğunu göstərir. Bəli, İran bicdir, İran fəndgirdir və İran hər zaman məqsədinə çatmaq üçün ağılasığmaz üsullara əl atmağa, milli-mənəvi dəyərlərdən istifadə etməyə və dini öz siyasətinə alət etməyə vərdişkardır. Bu baxımdan, İranın ailə-məişət məsələsini gündəmə gətirməsi heç də təsadüfi deyil. İran hakimiyyətinin yuxarı eşelonu hesab edir ki, onun bu açıqlaması, ən azından, şərq ölkələrində bir qədər anlayışla qarşılanacaq. Yəni şərqdə ailə dəyərlərinə üstünlük verdiklərinə və ailə dəyərləri möhkəm olduğuna görə, mollakratiya bu yolla özünə bəraət qazandırmaq istəyir. 

Lakin bir “amma” var: Molla rejimi bir şeyi anlamır ki, nəinki qərbdə, hətta şərqdə də 10 ay arvadından xəbərsiz olan kişiyə heç kim hörmət etmir. Yazıq, kiminsə vədlərini sorğu-sualsız yerinə yetirən, başıpozuq və miskin bir caninin arxasında gizlənmək üçün isə ancaq İran olmaq bəs edir.

Çünki belə bir qanlı teraktı “arvad söhbəti” kontektsinə endirmək və məsələni ailə-məişət müstəvisinə çıxarmaq miskinlik əlamətidir...

Rafi MÜSLÜMOV 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!