İranın bir neçə şəhərində partlayışlar oldu

saytların hazırlanması

Evə çatdırılma

İranın bir neçə şəhərində partlayışlar oldu

Dünya

31 Yanvar 2026 18:52 719


Bu gün İranın Bəndər Abbas limanında və ölkə paytaxtının cənub-qərbində yerləşən Pərənd şəhərində partlayışlar baş verib.

"Yeni Sabah" xəbər verir ki, məlumatı "Azad İran" "Telegram" yerli media yayıb.

Yerli vaxtla saat 13:45-də Bəndər Abbas şəhərinin Müəllim bulvarında yerləşən binada güclü partlayış baş verib. Yerli medianın verdiyi məlumata görə, hadisəyə yaşayış binalarından birində qaz sızmasının səbəb olduğu ehtimal edilir. İtkilər barədə məlumat yoxdur. Hədəfin guya İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Məcid Musəvi olduğu bildirilib, lakin İran mediası bunu təkzib edib. Pepperoni pizza

Başqa bir partlayışın Parand şəhərində baş verdiyi bildirilir.

İran mediasında eyni zamanda bir sıra başqa şəhərlərdə də partlayışların qeydə alındığı barədə məlumat verilir. "Euronews" İraq sərhədi yaxınlığında yerləşən Əhvaz şəhərindəki partlayışda ən azı, dörd nəfərin həlak olduğunu yazıb. Hadisənin səbəbləri barədə məlumat verilmir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!