İranın BMT yanındakı daimi nümayəndəliyi Trampın bəyanatına cavab verdi

saytların hazırlanması

Evə çatdırılma

İranın BMT yanındakı daimi nümayəndəliyi Trampın bəyanatına cavab verdi

Siyasət

28 Yanvar 2026 22:25 612


Tehran Vaşinqtonla dialoq aparmağa hazırdır, lakin zərurət yaranarsa, İran özünü müdafiə edəcək və güclü cavab verəcək.

"Yeni Sabah" xəbər verir ki, bu barədə İranın BMT yanındakı daimi nümayəndəliyi "X" sosial şəbəkə hesabında ABŞ Prezidenti Donald Trampın "nəhəng armadanın" İrana yaxınlaşması barədə bəyanatı və hərbi əməliyyat keçirməklə bağlı hədələri ilə əlaqədar məlumat yayıb.

"Sonuncu dəfə ABŞ məsuliyyətsiz şəkildə Əfqanıstan və İraqdakı müharibələrə cəlb olunanda yeddi trilyon dollardan çox vəsait xərcləmiş və 7 000-dən çox amerikalı həyatını itirmişdi. İran qarşılıqlı etimad və maraqlar əsasında dialoq aparmağa hazırdır, lakin məcbur edilərsə, özünü müdafiə edəcək və əvvəllər görünməmiş bir cavab verəcək", - deyə missiyanın məlumatında vurğulanır./Oxu.az Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!