İranın Ermənistana yeni təyin olunmuş səfiri Mehdi Sobhani vəzifəsinin icrasına başlayıb.
Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, səfir Ermənistandakı missiyasına başlamazdan əvvəl İranın xarici işlər naziri Hüseyn Əmir Abdolaxyanla görüşüb.
Görüşdə İran hökumətinin qonşularla münasibətlərin prioriteti ilə bağlı kursu təsdiqlənib. pizza
Xatırladaq ki, Mehdi Sobhani əvvəllər Xarici İşlər Nazirliyinin Strateji Planlaşdırma və Monitorinq İdarəsinin baş direktoru, Pakistanın Kəraçi şəhərində baş konsul, XİN-in Qərbi Asiya departamenti baş direktorunun müavini, Türkmənistan və Ukraynada səfir müavini olub
O, Tehran Universitetində beynəlxalq əlaqələr üzrə doktorluq dərəcəsi alıb və müharibə veteranıdır.
Telegram kanalımız