İranın keçmiş prezidenti və sabiq xarici işlər nazirinin   həbs xəbəri yayıldı

saytların hazırlanması

Evə çatdırılma

İranın keçmiş prezidenti və sabiq xarici işlər nazirinin həbs xəbəri yayıldı

Siyasət

16 Yanvar 2026 01:54 10907


Sosial mediada yayılan təsdiqlənməmiş məlumatlara görə, İranın keçmiş prezidenti Həsən Ruhani və sabiq xarici işlər naziri Cavad Zərif saxlanılıblar, daha sonra isə ev dustaqlığına buraxılıblar.

"Yeni Sabah" bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

Bildirilir ki, "Cedal" verilişində siyasi ekspert qismində qonaq olan radikal mühafizəkar millət vəkili Əbülqasem Cərare və ekstremist "Paydari" cəbhəsinə yaxın olan tanınmış fundamentalist Meysəm Nadi Həsən Ruhani və Məhəmməd Cavad Zərifin bir neçə gün əvvəl həbs olunduğunu iddia ediblər. Onlar amerikalılar və israillilərlə əməkdaşlıq etməkdə şübhəli bilinirlər. Pepperoni pizza

Lakin Həsən Ruhaninin ətrafındakı məlumatlı mənbə onun həbs olunması barədə xəbəri təkzib edib. Bu barədə "On News Media" xəbər portalı məlumat yayıb.

"Asrkhabar" portalı isə məlumatlı mənbəyə istinadən Məhəmməd Cavad Zərifin saxlanılması barədə şayiələri təkzib edib. Mənbə qeyd edib ki, bu cür feyk xəbərlərin yayılması cəmiyyətdə parçalanma yaratmağa yönəlib. Portalın məlumatına görə, yaxın vaxtlarda Həsən Ruhaninin ofisi bu məsələ ilə bağlı rəsmi bəyanat yayacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!