İranın məşhur generalı öldürüldü

saytların hazırlanması

Evə çatdırılma

İranın məşhur generalı öldürüldü

Dünya

03 Yanvar 2020 04:57 1923


İraqın paytaxtı Bağdadda beynəlxalq hava limanının yaxınlığına edilən raket zərbələri nəticəsində ən azı səkkiz nəfər ölüb.

Bu barədə “AFP” agentliyi İraq təhlükəsizlik qüvvələrindəki mənbəyə istinadən məlumat yayıb. Qeyd olunur ki, üç raket yüklərin yerləşdiyi əraziyə düşüb, nəticədə iki maşın partlayıb.

Raketlərdən biri uçuş-eniş zolağına düşüb ki, bu da hava limanının bağlanmasına gətirib çıxarıb. Toyuqlu pizza

“Əl-Ərəbiyyə”, “Əl-Cəzirə” və “Sky News” telekanallarının verdiyi məlumata görə, Bağdad hava limanına endirilən raket zərbələri nəticəsində İran İnqilabı Keşikçiləri Qvardiyasının (“Sepah”) “Quds” xüsusi bölməsinin rəhbəri, general Qasım Süleymani öldürülüb. 

“Sky News” agentliyi bildirir ki, ABŞ Bağdadda İranla bağlı iki hədəfə məhz onun  zərbə endirdiyini təsdiq edib.  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!