İranın hərbi infrastruktur obyektlərinə edilən hücumla bağlı yeni iddialar dolaşır. İsrail tərəfindən həyata keçirildiyi iddia olunan hücumlarda işğalçı Ermənistanın da gizli rol oynadığı deyilir.
Məlumata əsasən, İranın eyni vaxtda bir çox şəhərlərinin dronlarla vurulması, hərbi obyektlərə zərbələr endirilməsi Ermənistan üzərindən həyata keçirilib. Yəni, İrəvan dost dediyi İranın vurulması üçün öz hava məkanını təqdim edib.
Maraqlıdır ki, Ermənistan tərəfi qonşu ölkənin bombalanmasına şərait yaratmaqla nəy nail olmaq istəyib? pizza
Təhlükəsizlik və terrorla mübarizə üzrə türkiyəli mütəxəssis İmbat Muğlu Modern.az-a İrandakı gizli əməliyyatların pərdəarxası məqamlarını açıqlayıb.
O bildirib ki, hücumlar Ermənistan üzərindən ola bilər və bunu təsdiqləyən faktlar mövcuddur: “Yaxın məsafədən PUA-ların buraxılması ehtimalı çox yüksək olsa da, Ermənistanın bu hadisəni həyata keçirmək üçün konkret məqsədi olmalıdır. Bunu görə də uzun sürən proseslərə xüsusi diqqət yetirmək lazımdır. Məncə, partlayışların arxasında açıq şəkildə Ermənistanın da rolu var. Ermənistan İranı dost kimi təqdim etsə də, əslində görünən mənzərə fərqlidir. Bu gün İrəvanın İranı vurmaq üçün öz hava məkanını açmasının bir neçə səbəbi var".
Türkiyəli ekspertin fikrincə, Azərbaycanın Tehrandakı səfirliyinə edilən xain hücumdan sonra Ermənistan İranın PUA-larla vurulmasına şərait yaratmaqla əslində izi itirmək istəyib. Ermənistanın məqsədi İrana PUA hücumunu Azərbaycanın üzərinə yıxmaq idi, lakin alınmadı. Ermənistan Azərbaycan və İranı qarşı-qarşıya qoymaq istəyir. Digər tərəfdən bununla bağlı başqa bir ehtimal da var. Belə ki, İranın İsrailin təhlükəsizlik qüvvələri tərəfindən Ermənistan vasitəsilə vurulması istisna deyil. Lakin İran hücumun İsrail tərəfindən həyata keçirildiyini rəsmən təsdiqləməyib. Maraqlıdır ki, Ermənistan da İrana hücuma səssiz qalmaqla özünü ifşa etmiş oldu”.
Xatırladaq ki, yanvarın 29-na keçən gecə İranda bir sıra strateji obyektlərdə güclü partlayışlar olub. İlkin məlumata görə, İsfahanda sursat fabrikinin anbarında partlayış baş verib, hadisə nəticəsində tələfat olmayıb. Ardınca Azərşəhrdə avtomobil istehsalı zavodunda yanğın qeydə alınıb. Güclü yanğın nəticəsində məhsulla dolu çənlər partlayıb, xilasetmə maşını yanaraq sıradan çıxıb. Daha sonra Təbriz şəhərində pilotsuz uçuş aparatları (PUA) istehsal edilən zavodda da yanğın olduğu bildirilib, lakin detallar ictimaiyyətə açıqlanmayıb.
Partlayışlar barədə məlumat yayan İran Müdafiə Nazirliyi sursat zavodlarından birinə mikro ölçülü PUA ilə hücum edildiyini bildirib. Nazirlik hücum edən PUA-lardan birinin vurulduğunu, digər ikisinin zavod üzərində qurulan tora düşdüyünü açıqlayıb, eyni zamanda zavodun damına ziyan dəydiyi nəzərə çatdırılıb.
Ölkənin Xarici İşlər Nazirliyi isə hücumun İranda təhlükə mühiti yaratmaq məqsədilə həyata keçirildiyini qeyd edib. “Bu cür hərəkətlər ekspertlərimizin dinc nüvə fəaliyyətimizdə irəliləyiş əzminə təsir etməyəcək”, - İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bildirib.
İrandakı partlayışların İsrail tərəfindən həyata keçirildiyi deyilsə də, nə Tehran, nə də Təl-Əviv bu informasiyaları təsdiq edib. Lakin görünən odur ki, İsrail İranı cəzalandırmaq üçün ciddi şəkildə hərəkətə keçib. Tehran rəhbərliyi isə hadisələrin üstündən səssizcə keçməyə çalışır.
Telegram kanalımız