İranın xarici işlər naziri Azərbaycana təşəkkür etdi

saytların hazırlanması

Evə çatdırılma

İranın xarici işlər naziri Azərbaycana təşəkkür etdi

Siyasət

26 Mart 2026 11:45 698


İranın xarici işlər naziri Abbas Əraqçi Yaxın Şərqdə müharibə başladıqdan sonra xaricdə qalmış İran zəvvarlarına yardıma görə Azərbaycana, eləcə də bir sıra ölkələrə təşəkkür edib.

“Yeni Sabah” xəbər verir ki, o, bu barədə İranın dövlət televiziyasına müsahibəsində danşıb.

XİN başçısı xüsusilə Türkiyə, Azərbaycan, Ermənistan, Əfqanıstan və Səudiyyə Ərəbistanına ABŞ və İsraillə münaqişə zamanı xaricdə qalan İran zəvvarlarına yardıma görə təşəkkür edib. Toyuqlu pizza

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Hava zərbələri nəticəsində İranın Ali Rəhbəri Əli Xamenei, həyat yoldaşı, gəlini, kürəkəni, nəvəsi, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı general-mayor Məhəmməd Pakpur, Ali Rəhbərin müşaviri admiral Əli Şamxani, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi və müdafiə naziri Əmir Nəsirzadə öldürülüb.

Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!